Türkiyədə tanınmış jurnalist Özlem Gürses saxlanılıb.
Metbuat.az yerli mediaya istinadən xəbər verir ki, buna səbəb jurnalistin şəxsi "YouTube" kanalındakı canlı yayımda Türkiyə Silahlı Qüvvələrinə qarşı səsləndirdiyi sözlər olub.
Baş Prokurorluğun açıqlamasında bildirilib ki, Özlem Gürses 20 dekabr 2024-cü il tarixində "TV OZ" adlı YouTube kanalında yayımlanan proqramda “gördüyünüz kimi İŞİD strukturu, yəni TSK-SMO strukturu kürdlərin olduğu bölgələrdə kiçik qazanclar əldə edib” ifadəsini işlədərək Türkiyə Silahlı Qüvvələrini terror təşkilatına bənzədib və işgəncə, qətliam törədən təşkilatlarla eyni mövqedə göstərib.
Bu sözlərin dövlətin qurum və orqanlarını aşağılama və cəmiyyəti aldatmağa yönəlmiş məlumatların yayılması cinayəti çərçivəsində dəyərləndirildiyi vurğulanıb. Baş Prokurorluq istintaqın başladığını və şübhəlinin saxlanıldığını açıqlayıb.