Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla rəsmi evli deyilmiş.
Modern.az xəbər verir ki, bu barədə Paşinyan özü məlumat verib.
"Bir neçə gündən sonra evliliyimizin 27-ci ildönümü olacaq, amma biz de-yure evli deyilik. Biz nə dövlət qeydiyyatı, nə də dini baxımdan evliyik. Münasibətimiz ümumi övladlarımızla möhkəmlənir. Üstəlik, artıq neçə illərdir ki, Anna Akopyan faktiki olaraq baş nazirin həyat yoldaşı kimi bəyannamə təqdim edir. Əslində, 27 ildir ailəliyik, amma evli deyilik", - deyə Paşinyan qeyd edib.