COP30-un nailiyyəti COP29-un uğurundan asılıdır. İqlim maliyyəsi üçün dövlət maliyyəsi çox vacibdir. Dövlət maliyyəsindən əlavə, özəl mənbələrin vəsaitlərinin cəlb edilməsinə ehtiyac var. Lakin bu vəsaitləri cəlb etmək üçün dövlət tərəfindən güclü dəstək olmalıdır. Onların biri digərini əvəz etmir, hər ikisinə ehtiyacımız var.
Modern.az xəbər verir ki, Braziliyanın iqlim dəyişikliyi üzrə katibi Ana Toni bu fikirləri COP29 çərçivəsində keçirilən mətbuat konfransında səsləndirib.
O bildirib ki, ölkəsi COP29-a milli səviyyədə müəyyən edilmiş ambisiyalı öhdəliklərlə gəlib və yüksək ambisiyalı iqlim hədəfləri ilə bağlı müzakirələrdə digər ölkələrin də iştirakı arzu olunur.
A.Toni, həmçinin COP30-a gedən yolda COP29 Sədrliyi ilə uğurlu əməkdaşlıq etdiklərini diqqətə çatdırıb.