Azərbaycan vətəndaş cəmiyyətinin bir qrup təmsilçisi ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qalması, xəsarətlər alması barədə birgə bəyanat yayıb.
Modern.az bəyanatı təqdim edir:
“Biz – bir qrup Azərbaycan QHT təmsilçiləri Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına müraciət edərək Bakıya gəlmiş ABŞ konqresmeni Frank Peloninin göstərişi ilə onun mühafizəçiləri tərəfindən zorakılığa, şiddətə məruz qaldığımızı bəyan edirik.
İslamafob, türkofob, maliyyə fırıldaqçısı, korrupsioner ABŞ konqresmeni Frank Peloni Azərbaycan xalqına nifrət edən şəxsdir, onun bütün fəaliyyəti Azərbaycana qarşı iftiralar üzərində qurulub. O, ABŞ-da erməni lobbisinin maraqlarını müdafiə edir, dəfələrlə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik edib. Biz təəssüf edirik ki, BMT belə bir şəxsi COP29-a dəvət edib.
Biz onun Azərbaycana səfərinə etiraz edirik. Onun qaldığı otelin qarşısında dinc etiraz aksiyası keçirirək Azərbaycan xalqından üzr istəməsini tələb etmişik. O, müharibə cinayətkarına himayəçilik edən şəxsdir. Qarabağda işğal dövründə təbiət məhv edilib, ərazi ekoloji böhran vəziyyətinə düşüb. Belə bir şəxsin dünyada iqlim dəyişmələrinə həsr olunmuş qlobal ekoloji tədbirə BMT tərəfindən dəvət edilməsi COP tarixinə utancverici hadisə kimi düşəcək. Keçirdiyimiz aksiya zamanı Frank Peloni mühafizəçilərinə bizə hücum etmək tapşırığı verib, özü isə suallarımıza cavab verməyib.
Dinc aksiya zamanı Frank Peloninin mühafizəçiləri bizlərə çoxsaylı xəsarətlər yetirib. Bədənimizin müxtəlif yerlərindən müxtəlif dərəcəli zədələr almışıq.
Bizim həyatımızı yerli hüquq mühafizə orqanları xilas edə bildi. Aksiyanın foto və videoları ictimailəşib. Biz həmin görüntülərin araşdırılmasını, Frank Peloninin mühafizəçiləri, Azərbaycan sərhədlərini işğal dövründə dəfələrlə qanunsuz keçmiş sərhəd pozucusu Frank Peloni barəsində hüquqi tədbirlər görülməsini tələb edirik.
Frank Peloni Azərbaycanda ədalət mühakiməsinə cəlb olunmalıdır.
Biz hüquq-mühafizə orqanlarına məruz qaldığımız şiddət və xəsarətlər barədə rəsmi ərizə ilə müraciət edəcəyik”.
İmza:
Könül Behdudova – “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri
Xatirə Vəliyeva – “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri
Naibə Behdudova – “Qürur” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin sədri
Qəmzə Yusubova - Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyinin sədri
Rahilə Mehtiyeva - "Sosial-iqtisadi və Ekoloji İnkişaf" İctimai Birliyinin sədri
Amin Məmmədov - “Environmental Protection First” Koalisiyasının həmtəsisçisi
Asim Məmmədov - “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri
Telman Qasımov - “Elmi Araşdırmalar” İctimai Birliyinin sədri
Nailə İsmayılova - Yeni Həyat Humanitar Və Sosial Dayaq İctimai Birliyi
Fatma Hacıyeva - "Vəfa" Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyinin sədri
Fuad Kərimli - İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyinin fəalı
Elçin Muxtarlı - Sağlamlığa Xidmət İctimai Birliyinin sədri
Zülfiyyə Nuriyeva - Sosial-İqtisadi və Kənd Təsərrüfatını İnkişafına Dəstək İctimai Birliyinin sədri
Ruxsarə Axundova - “Könül Evi” Aztəminatlı Ailələrə Yardım İctimai Birliyinin sədri
Mehriban Abdullayeva - “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri
İradə Rizazadə - Vətəndaşların Sosial Rifahi Naminə İctimai Birliyinin sədri
Rəşad Mehdiyev- "Gilavar Foto Klubu" İctimai Birliyinin sədri
Elşad Məmmədli - Vətəndaş Maarifləndirməsi İctimai Birliyinin fəalı
Araz Əhmədov - "İnternat Məzunlarının Sosial İnteqrasiyasi" Gənclər İctimai Birliyinin sədri
Cəsarət Hüseynzadə - İnformasiya və Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri
Mahirə Əmirhüseyova - XXI əsrin Qadınları İctimai Birliyinin sədri
Ədil Ədilzadə - Yeni Həyat-İqtisadi İnkişaf İctimai Birliyinin sədri
Ayaz Hüseynov - "Hemofiliyalı Xəstələr" İctimai Birliyinin sədri
Dünyaxanım Əliyeva – “Dünya, Ana və Uşaqlar” İctimai Birliyinin sədri.