Litva hökuməti iatefaya göndərilib.
Modern.az xəbər verir ki, İnqrida Simonitenin rəhbərlik etdiyi kabinet prezident Gitanas Nausedaya istefasını təqdim edib.
Bu prosedur qanunla nəzərdə tutulub. Noyabrın 14-də yeni seçilmiş parlament işə başlayıb. Bundan sonra Nazirlər Kabineti istefa verir. Dövlət başçısı növbəti 15 gün ərzində baş nazirliyə namizədi təsdiq üçün deputatlara təqdim etməlidir.
Prezident hökumətə yeni baş nazir təyin olunana və Nazirlər Kabineti formalaşana qədər öz vəzifələrinin icrasını davam etdirməyi tapşırıb.