Noyabrın 10-da Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün vəfatının ildönümü qeyd olunub.
Modern.az yerli mətbuata istinadə xəbər verir ki, həmin gün İzmir şəhərində Atatürkün 2 büstü vandalizmə məruz qalıb.
Umurcalı və Yeniköy məhəllələrində qoyulan büstlər naməlum şəxslər tərəfindən təhqir edilib. Onların birinə nəcis bulaşdırılıb, digərində büstün başına kisə keçirilib.
Hər iki hadisə ilə bağlı istintaq başladılıb.