Bakı Slavyan Universitetinin tələbəsi Lalə Yaralıyeva vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Bildirilib ki, tələbə dəm qazından zəhərlənərək həyatını itirib.
Vəfat edən gənc Universitetin Şərqi Avropa Dilləri fakültəsinin Regionşünaslıq (Ukrayna) ixtisası üzrə 2-ci kurs tələbəsi olub.