Bütün cəbhələrdə uzunmüddətli müharibə üçün kifayət qədər silah, texnika və materiala sahibik.
Metbuat.az xəbər verir ki, Hizbullah sözçüsü Məhəmməd Afifi belə açıqlama verib. “Hizbullah” sözçüsü Afifi, Livanın paytaxtı Beyrutun Dahiyə bölgəsində mətbuat konfransı keçirib. O bildirib ki, İsrail heç vaxt hava üstünlüyü ilə və ya mülki, qadın və uşaqları öldürməklə savaşı qazana bilməz. “Hizbullah” sözçüsünün sözlərinə görə, İsrail quruda irəliləyib nəzarətə nail ola bilməsə heç vaxt qalib gələ bilməyəcək. “Hizbullah” sözçüsü İsrailin siyasi məqsədlərinə çata bilməyəcəyini və şimal xalqının heç vaxt geri qayıtmayacağını qeyd edib.
Afifi, İsrailin “Hizbullah”ın raket ehtiyatının 20 faizinin qaldığı iddialarına meydanda cavab verdiklərini və raketlərlə Təl-Əviv, Hayfa və Qolandakı bəzi nöqtələri hədəf aldıqlarını bildirib.