Bakıda keçiriləcək COP29 tədbirində iştirak edəcək dövlət və hökumət başçıları, eləcə də digər rəsmi şəxslər artıq Azərbaycana gəlməyə başlayıblar.
Modern.az-ın məlumatına görə, xarici ölkə rəsmiləri dünəndən etibarən Bakıya gəlir və Azərbaycan rəsmiləri onları qarşılayırlar.
İndiyədək Azərbaycana gələn liderlər aşağıdakılardır:
- Tanzaniya Birləşmiş Respublikasının Vitse-prezidenti Filip İsdor Mpanqo
- Marşal Adaları Respublikasının Prezidenti Hilda Heine
- Tuvalunun Baş naziri Feleti Teo
- ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik
- Baham adalarının Baş naziri Filip Davis
- Surinam Respublikasının Prezidenti Çandrikapersad Santokhi
- San-Tome və Prinsipi Demokratik Respublikasının Baş naziri Patris Emeri Trovoada
- Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam
- Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo
- Zimbabve Respublikasının Prezidenti Emmerson Mnanqaqva
- Anqola Respublikasının vitse-prezidenti Esperança da Kosta
- Malavi Respublikasının vitse-prezidenti Mixael Bizuik Usi
- Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska Davkova
- Niuenin Baş naziri Dalton Emani Makamau Taqelaqi
- İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Baş katibi Matias Korman
- Burundi Respublikasının vitse-prezidenti Prosper Bazombanza
- Antiqua və Barbuda Respublikasının Baş naziri Qaston Braun
- Asiya İnkişaf Bankının (ADB) prezidenti Masatsuqu Asakava
- Monqolustan Respublikasının Prezidenti Uxnaaqiyn Xurelsux
- Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Denis Beçiroviç və Heyətin üzvü Jelka Tsviyanoviç
- Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib
- Qana Respublikasının Prezidenti Nana Addo Dankua Akufo-Addo
- Butan Krallığının Baş naziri Tişerinq Tobqay.
Qeyd edək ki, qarşıdakı günlərdə daha çox ölkənin lideri və digər siyasi rəsmiləri Bakıya gələcək. Ümumilikdə 100-dən artıq ölkənin liderinin tədbirdə iştirak edəcəyi gözlənilir.