“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanıb.
Modern.az xəbər verir ki, Ağdam klubu IV tura təsadüf edən oyunda Norveçin "Budyo Qlimt" kollektivini 2:1 hesabı ilə üstələyib.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiiyi kollektiv Avropa Liqasında növbəti oyununu noyabrın 28-də Fransa təmsilçisi “Lion”a qarşı keçirəcək.
***
23:17
UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" (Norveç) - "Qarabağ" oyununda üçüncü qol vurulub.
Modern.az xəbər verir ki, Bude şəhərindəki "Aspmira" stadionunda Ağdam təmsilçisi yenidən hesabda önə çıxıb - 2:1.
59-cu dəqiqədə Abdullah Zubir fərqlənib.
***
22:29
UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" (Norveç) - "Qarabağ" oyununda hesab bərabərləşib.
Modern.az xəbər verir ki, Bude şəhərindəki "Aspmira" stadionunda meydan sahibləri "status-kvo"nu bərpa edib - 1:1.
41-ci dəqiqədə Patrik Berq bərabərlik qolunun müəllifi olub.
***
21:15
UEFA Avropa Liqasının əsas mərhələsində Norveçdə “Budyo-Qlimt” və "Qarabağ" komandaları arasında keçirilən IV tur oyununda hesab açılıb.
Modern.az xəbər verir ki, “Aspmüra” stadionunda oynanılan qarşılaşmanın 22-ci dəqiqəsində Ağdam klubunun heyətində Toral Bayramov hesabı açıb.
Görüşü portuqaliyalı FIFA referisi Luiş Qodinyo idarə edir.
***
21:46
UEFA Avropa Liqasının əsas mərhələsində Norveçdə “Budyo-Qlimt” və "Qarabağ" komandaları arasında keçirilən IV tur oyunu başlayıb.
Modern.az xəbər verir ki, “Aspmüra” stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də start götürüb.
Görüşü portuqaliyalı FIFA referisi Luiş Qodinyo idarə edir.
Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində keçirdiyi əvvəlki 3 oyunda xal qazana bilməyib.