Türkiyənin "Qalatasaray" klubu UEFA Avropa Liqasının Liqa mərhələsində İngiltərə təmsilçisi "Tottenhem"ə qalib gəlib.
Modern.az xəbər verir ki, İstanbul təmsilçisi IV tura təsadüf edən ev oyununda rəqibini 3:2 hesabı ilə üstələyib.
"Sarı-qırmızılar"ın heyətində Yunus Akgün (6) və Viktor Osimhen (31,39) adlarını tabloya yazdırıblar.
Qeyd edək ki, Okan Burukun rəhbərlik etdiyi kollektiv cari mövsüm Avropa Liqasında ikinci qələbəsini qazanıb.