İsrailin müdafiə naziri Yoav Qallant istefaya göndərilib.
Modern.az xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu Qalantı vəzifəsindən azad edib.
O, bu vəzifəni 29 dekabr 2022-ci ildən icra edirdi. Qallant, həmçinin 2005-2010-cu illərdə İsrail Müdafiə Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandiri olub.
Qallantın postuna xarici işlər naziri İsrail Katz təyin edilib.