“19- 22 oktyabr tarixlərində yağıntılı hava şəraiti səbəbindən məktəbin həyətyanı ərazisini əhatə edən hasarın bir hissəsi uçmuşdu. Hazırda hasarın bərpası ilə bağlı işlər davam etdirilir”.
Modern.az-ın məlumatına görə, bunu Bakının 123 nömrəli tam orta məktəbinin təsərrüfat işləri üzrə direktor müavini Hüseyn Hüseynov deyib.
O bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda tədris davam edir.