"Səbail" klubunun baş məşqçisi Şahin Diniyev postundan istefa verib.
Metbuat.az xəbər verir ki, 58 yaşlı mütəxəssis qərarını Misli Premyer Liqasının XII turunda "Kəpəz"ə məğlubiyyətdən sonra açıqlayıb.
Tovuz şəhər stadionunda keçirilən "Kəpəz" - "Səbail" matçı Gəncə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə nəticələnib.
Qeyd edək ki, "Səbail" hazırda 7 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Sonuncu - 10-cu olan "Kəpəz" isə 6 xala malikdir.