Məhəmməd Əli kimi tanınan əfsanəvi amerikalı boksçu Kassius Kleyin adını daşıyan dünyanın ən böyük timsahı ölüb.
Modern.az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.
110 yaşında ölən canlı dünyanın ən böyük timsahı kimi Ginnesin Rekordlar Kitabına düşüb.
Bir tondan çox çəkisi olan Kassiusun səhhəti oktyabrın 15-dən pisləşib.
Qeyd edək ki, sürünən 1984-cü ildə Avstraliyanın şimalındakı Kakadu Milli Parkında tutulmuşdu və o vaxtdan bəri Kvinslend ştatındakı timsah fermalarından birində yaşayırdı.