Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Bakı Cihazqayırma Zavodu” MMC-nin direktoru Rasim Tahirov vəzifəsindən azad edilib.
Modern.az-ın məlumatına görə, onun əvəzinə Abas Quliyev təyin edilib.
Qeyd edək ki, Rasim Tahirov əvvəllər Müdafiə Sənayesi Nazirliyinin mülki məmulatların istehsalı şöbəsinin müdiri vəzifəsində çalışıb.
Xatırladaq ki, “Bakı Cihazqayırma Zavodu” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 22 913 728 manatdır. Müəssisə 2006-cı ildən nazirliyin tabeliyində fəaliyyət göstərir.