Misli Premyer Liqasında XII tura iki oyunla start verilib.
Modern.az xəbər verir ki, ilk olaraq “Turan Tovuz” və “Qarabağ” komandaları qarşılaşıblar. Tovuz şəhər stadionunda reallaşan görüş qolsuz heç-heçə ilə başa çatıb.
Bu nəticədən sonra xallarını 28-ə yüksəldən Ağdam təmsilçisi turnir cədvəlinə başçılıq edir. Tovuz klubu isə 25 xalla 2-ci sıradadır.
Günün ikinci matçında “Neftçi” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edib.
“Neftçi Arena”da təşkil olunan matç qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Rəqiblərindən bir oyun az keçirən Naxçıvan təmsilçisi 22 xalla 3-cü, Bakı klubu isə 9 xalla 8-ci yerdədir.
Qeyd edək ki, turun digər görüşləri noyabrın 2-də və 3-də keçiriləcək.