Azərbaycan millisinin sabiq üzvü Qara Qarayevin yeni klubu bəlli olub. 32 yaşlı yarımmüdafiəçi "Araz-Naxçıvan"a keçib.
Metbuat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onunla cari mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Azərbaycan millisində 76 oyun keçirən Qara Qarayev "Qarabağ"ın yetirməsidir. 15 il (2008-2023) Ağdam klubunda çıxış edən futbolçu 2023-cü ildə "Neftçi"yə keçsə də, orada heyətə düşə bilməyib və bir müddət əvvəl komandadan ayrılıb.
Qara karyerası ərzində 9 dəfə Azərbaycan çempionu, 5 dəfə isə ölkə kubokunun qalibi olub.