İordaniya Ərəb Liqasını nöbədənkənar iclas keçirməyə çağırıb.
Metbuat.az xəbər verir ki, iclasın çağırılmasına səbəb İsrail parlamentinin BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə agentliyinin fəaliyyətinin dayandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul etməsidir. Bu barədə İordaniya Xarici İşlər Nazirliyi açıqlama verib. Açıqlamada, İsrail parlamentinin qərarına etiraz edilib. Bəyanatda deyilir ki, ərəb ölkələrindən İsrail parlamentinin qəbul etdiyi qanunsuz və təhlükəli qərarlara ərəblərin birgə reaksiyasını müzakirə etmək üçün Ərəb Liqasının daimi nümayəndələri səviyyəsində toplantı keçirmələri tələb edilib.
Yığıncaqda, ərəblərin İsrailin qəbuledilməz həmlələrinə birgə etirazı və qərarları müzakirə ediləcək.