"France Football" nəşrinin ilin ən yaxşı futbolçusu üçün təsis etdiyi "Qızıl top" mükafatının sahibinin bəlli olması ilə bağlı xəbərlər yayılıb.
Modern.az xəbəri verir ki, "Marca" nəşrinin iddiasına görə, mükafat İspaniya millisinin və İngiltərənin "Mançester Siti" komandasının yarımmüdafiəçisi Rodriyə təqdim olunacaq. Bu səbəbdən "Real Madrid" komandası mərasimi boykot edib.
Qeyd edək ki, "Qızıl top"un təqdimetmə mərasimi bu gün Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.