Türkiyənin Adana vilayətində baş verən zəlzələ ətraf bölgələrdə də hiss edilib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
O qeyd edib ki, qurumlar zəlzələ baş verən ərazidə işləməyə başlayıb.
"Hazırda heç bir neqativ hal yoxdur. Zəlzələdən təsirlənən vətəndaşlarımızın tezliklə sağalmasını arzu edirəm. Allah ölkəmizi, millətimizi fəlakətlərdən qorusun", - Yerlikaya bildirib.
Zəlzələdən sonra insanlar küçəyə axışıb və narahatlıq keçirib.
***
21:25
Türkiyənin Adana vilayətinin Kozan bölgəsində zəlzələ qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.
Bildirilib ki, yeraltı təkan Rixter şkalası üzrə 5 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 20.13 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.