Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatında güləşçilərimiz 2 qızıl, 3 gümüş və 3 bürünc medal qazandılar.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.
"Jalə Əliyeva tarixi uğura imza ataraq, Azərbaycan qadın güləşində U-23 dünya çempionu olan ilk idmançımız ünvanına sahib olub. Bu yarışda, həmçinin Maqomed-Başir Xaniyev qızıl, Rəşad Məmmədov, Ruslan Abdullayev və Arseniy Djioyev gümüş, Nihad Quluzadə, Xasay Həsənli və Cəbrayıl Qadjiyev bürünc medal qazandılar.
Güləşçilərimizi, onların valideynlərini və məşqçilərini təbrik edirik.
Böyüklər kateqoriyasına keçid dövründə qazanılmış bu nailiyyətlər gələcək perspektivlərdən xəbər verir və növbəti yarışlarda da uğurlu nəticələrə inam yaradır", - açıqlamada bildirilir.