Gürcüstanda parlament seçkilərində səsvermə başa çatıb.
Modern.az xəbər verir ki, seçki məntəqələri qrafikə uyğun olaraq saat 08:00-da açılıb, saat 20:00-da bağlanıb.
Artıq səslərin hesablanmasına başlanılıb.
Səsvermə üçün 3044 seçki məntəqəsi açılıb. Seçicilərin ümumi sayı 3 milyon 508 min 294 nəfərdir.