Samur Abşeron su kanalının Şabran rayonunun Ağbaş kəndi ərazisindən keçən hissəsində suda kişi meyiti aşkarlanıb.
Modern.az APA-ya istinadən xəbər verir ki, əraziyə FHN-in və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Cəsədin sudan çıxarılması prosesi həyata keçirilir. Onun şəxsiyyəti və kanala hansı səbəbdən düşməsinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.