Bu il ölkəmizdə 3 nəfər övladına "X", 1 nəfər isə "D" adı qoymaq üçün müraciət edib.
Modern.az-ın məlumatına görə, Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova "Xəzər Xəbər"ə açıqlamasında deyib ki, övladına "X" və "D" adı qoymaq üçün müraciət edən valideynləri fikrindən daşındırmağa çalışsalar da, onlar öz qərarlarında israrlı olublar.
Sayalı Sadıqovanın sözlərinə görə, ad dil normalarına uyğun olmadığı təqdirdə, onun qoyulması qadağan edilir.
Qurum rəsmisi deyib ki, hətta həmin adlarla bağlı məhkəmə qaydasında imtina verilsə də, Avropa Şurasına müraciət ünvanlayanlar olub.
Bu yaxınlarda ən problemli məsələlərdən biri də Əli adının "Nindza" ilə dəyişdirilməsi müraciəti ilə bağlı olub. Valideynə imtina cavabı verilib, amma o israr edərək məhkəməyə müraciət edib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: