BRICS-in tərəfdaş ölkələrinin siyahısı onlardan dəvətlərin təsdiqi alındıqdan sonra elan ediləcək.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin BRICS sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.
Putin Kazanda keçirilən BRICS sammitində 35 ölkənin iştirak etdiyini qeyd edib. Onun sözlərinə görə, birliyin tərəfdaş ölkələrinin siyahısı razılaşdırılıb və namizəd ölkələrə göndəriləcək. Müsbət cavab alındıqdan sonra namizəd üzvlərinin siyahısı elan olunacaq.