Metbuat.az xəbər verir ki, İstanbulda keçirilən görüş gərgin idman mübarizəsinə səhnə olub. Qonaqların ilk hissədə vurduğu qola, meydan sahibləri ikinci hissədə cavab verib. Qarşılaşma 1-1 hesabı ilə başa çatıb. Oyunda "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo qırmızı vərəqə alıb. Epizodların birində "Fənərbaxça"lı futbolçuya edilən müdaxiləyə görə, baş hakim penalti təyin etməyib. Mourinyo isə buna sərt reaksiya verdiyi üçün qırmızı vərəqə alıb.
UEFA Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda keçirilən digər oyunlar isə bu hesabla yekunlaşıb.
“Ayntraxt” (Almaniya) - RFS (Latviya) 1:0
“Makkabi” (Tel-Əviv, İsrail) - “Real Sosyedad” (İspaniya) 1:2
“Anderlext” (Belçika) - “Ludoqorets” (Bolqarıstan) 2:0
“Tvente” (Niderland) - “Latsio” (İtaliya) 0:2
“Qarabağ” - “Ayaks” (Niderland) 0:3
“Malmö” (İsveç) - “Olimpiakos” (Yunanıstan) 0:1