Kazanda keçirilən XVI BRICS Sammitində iştirak edən liderlərə ziyafət verilib.
Modern.az xəbər verir ki, Rusiya mətbuatı ziyafətin menyusunu paylaşıb.
Liderlərə Tatarıstan mətbəxindən kartoflu “Kıstıbıy” təqdim edilib.
Masaya, həmçinin nərə balığından və göbələkdən hazırlanmış düşbərə qoyulub.
Menyuda quzu budu və sudak balığı da yer alıb. Qonaqlara desert olaraq şokoladlı tort da təqdim edilib.
Ziyafətdə içkilər Rusiya istehsalı olub.