Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada baş verən terror hücumu ilə əlaqədar Rusiyaya səfərini yarıda qoyaraq ölkəyə qayıdacaq.
Modern.az xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.
Ərdoğanın sabah yerli vaxtla saat 11:20-də Tatarıstanın paytaxtı Kazandan yola düşəcəyi gözlənilir.
TASS agentliyi isə Ankaradakı mənbələrə istinadən bildirir ki, Ərdoğan BRICS+ toplantısında iştirak etməyi planlaşdırır.
“Prezidentin nahar vaxtı qayıdacağı gözlənilir”, - deyə mənbə bildirib.
Qeyd edək ki, Ankarada yerləşən TUSAŞ obyektində terror aktı törədilib, 5 nəfər ölüb, 22 nəfər yaralanıb.