İsrail ordusu son 1 ildə Hizbullahın 2000-dən çox üzvünü öldürüb.
Modern.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, qurudan hücum zamanı 1200-dən çox Hizbullah üzvü zərərsizləşdirilib.
Ölən Hizbullah üzvləri arasında 7 briqada səviyyəli komandir, 21 batalyon səviyyəli komandir və iyirmi tağım komandiri var.
Açıqlamada ordunun ələ keçirdiyi silahların miqdarının qruplaşmanın hücumlar həyata keçirmə qabiliyyətinə təsir etdiyi bildirilib.
Ümumilikdə Hizbullahın raket arsenalının 70 faizi məhv edilib. Qruplaşmanın hələ də minlərlə raketi var.
İsrail ordusu Livanın cənubundakı əməliyyatlarını bir neçə həftə ərzində başa çatdırmağı hədəfləyir. Sərhəd bölgəsində Hizbullah təhlükəsi aradan qaldırıldıqdan sonra şimalın sakinləri öz evlərinə qayıda biləcəklər.