Gürcüstanın qeyri-hökumət təşkilatları oktyabrın 26-da keçiriləcək parlament seçkiləri öncəsi mitinq keçirir.
Modern.az xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili “Gürcüstan Avropa İttifaqını seçir” şüarı ilə keçirilən nümayişdə iştirak edir.
Mitinqi “Gürcüstanın Avropa Orbiti” QHT və “Mənim səsim Aİ-də” koalisiyası təşkil edib.
Bildirilir ki, şəhərə ümumilikdə beş etirazçı qrupu toplaşıb, daha sonra onlar mərkəzi meydana keçiblər.
Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək.