İspaniyada növbədənkənar seçkilərin keçirilməsi tələbi ilə 25 minə yaxın insan etiraz aksiyası keçirib.
Modern.az xəbər verir ki, Madriddə toplaşan etirazçılar baş nazir Pedro Sançesin istefasını tələb ediblər.
Etirazı İspaniyanın Konstitusiya Uğrunda Hərəkatı təşkil edib. Mitinq iştirakçıları hökumətin qeyri-demokratik hərəkətlərinə etiraz ediblər.
Etirazçılar Sançesin hökumətini qorumaq üçün Kataloniya və Bask millətçiləri ilə əməkdaşlığını pisləyiblər.
Aksiyada müxalifətdə olan Xalq Partiyası (sağçı), Vox (Radikal sağ) və Ciudadanos (mərkəz sağ) partiyalarının nümayəndələri də iştirak edib.