Braziliya prezidenti Lula da Silva BRICS sammitində iştirak etmək üçün Kazana səfərini təxirə salıb.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi prezidentin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bildirilib ki, həkimlər ona hava nəqliyyatından uzaq durmağı tövsiyə edib.
Lula da Silva görüşdə videobağlantı vasitəsilə iştirak edəcək.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-ın sualına cavab olaraq Lula da Silvanın səfərinin ləğvinin Vladimir Putinin Braziliyada G20-yə getməmək qərarı ilə bağlı ola biləcəyini istisna edib.