Argentinanın qərbindəki San Juan əyalətində 5.8 bal gücündə zəlzələ qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib. Episentr San Juan şəhərindən 65 km şimal-qərbdə, təxminən 447 min insanın yaşadığı yerdə qeydə alınıb. Zəlzələ ocağı yerin 86 km dərinliyində olub. Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.