HAMAS lideri Yəhya Sinvarın cəsədi 100-dən çox girovun geri qaytarılması üçün istifadə oluna bilər.
Metbuat.az xəbər verir ki, bu barədə CNN İsraildəki mənbələrə istinadən məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, girovların dəyişdirilməsi Sinvarın qalıqlarının Qəzza zolağına qaytarılmasının yeganə yolu ola bilər. Girovların hazırda “gizli yerdə” saxlanıldığı qeyd edilir.