Türkiyə Prezidenti Rəcəb Ərdoğan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edəcək.
Modern.az xəbər verir ki, görüş “3+3” formatının xarici işlər nazirlərinin iclası çərçivəsində baş tutacaq.
Mirzoyan türkiyəli həmkarı Hakan Fidanla da görüşəcək.
Xatırladaq ki, sabah Türkiyədə "3+3" çərçivəsində XİN başçılarının görüşü keçiriləcək.