"Gürcüstan zəngin ölkələr siyahısına daxil olacaq".
Modern.az xəbər verir ki, bunu "Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili bildirib.
"Biz Avropaya başımızı dik, qürurla daxil olacağıq və biz ən uğurlu vahid ailənin üzvü olacağıq", - o qeyd edib.
İvanişvili Zuqdidi şəhərində seçicilərə öz seçki proqramını təqdim edib. O, diqqəti Gürcüstanla bağlı beynəlxalq reytinqlərə yönəldib.
İvanişvili Beynəlxalq Valyuta Fondunun proqnozunu xatırladıb və qeyd edib ki, 2029-cu ilə qədər Gürcüstanın adambaşına düşən ÜDM-i 12,9 min dolları keçəcək.