Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi sursatların bir hissəsi nasazdır.
Modern.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rustem Umerov bildirib.
"Təxmini hesablamalara görə, döyüş bölgəsindəki döyüş sursatlarının 20%-ə qədəri yararsızdır", - deyə o qeyd edib.
Məlumata görə, yararsız sursatlar döyüş bölgəsində utilizasiya ediləcək.
"Handelsblatt" qəzeti bundan əvvəl mənbələrə istinadən yazıb ki, Qərbin Ukraynaya verdiyi artilleriya sursatlarının bir qismi nasazdır.