Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan Türkiyəyə səfər edib.
Modern.az xəbər verir ki, o, İstanbulda Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ilə görüşüb.
Görüşdə müzakirə olunan məsələlər açıqlanmayıb.
Danışıqlar Beynəlxalq Yol Federasiyasının İstanbul Konqresi çərçivəsində baş tutub.