Rusiyanın Baş naziri Mixail Mişustin Pakistanın paytaxtı İslamabada səfər edib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.
O, oktyabrın 16-da İslamabadda Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) hökumət başçılarının iclasında iştirak edəcək.
ŞƏT-in iclasında Belarus, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistan hökumət başçıları, İranın birinci vitse-prezidenti və Hindistanın nümayəndəsi iştirak edəcək. Görüşün yekununda birgə kommünikenin imzalanması planlaşdırılır.