Rusiya ordusu avqust ayında Ukraynanın 351 kv.km, sentyabrda 468 kv.km ərazisini ələ keçirib.
Modern.az xəbər verir ki, bu barədə "UA War Infographics" layihəsi məlumat yayıb.
Bildirilir ki, Rusiya ordusu ilin ilk yarısında hər ay 200 kvadrat kilometrdən çox olmayan ərazini nəzarət altına alıb.
Qrafikdəki məlumatlardan belə nəticə çıxır ki, 2024-cü ilin doqquz ayı ərzində Rusiya 1559 kvadrat kilometr ərazini ələ keçirib.
Nəşrin müəllifləri qeyd edir ki, bu ilin avqust və sentyabr aylarında Rusiya bütün 2023-cü illə müqayisədə 5,5 dəfə çox Ukrayna ərazisini ələ keçirib. Müəlliflər bunun əsas səbəbini silah çatışmazlığı (Qərb tərəfdaşları Ukraynanın ehtiyaclarına cavab vermir və vədlərinə əməl edə bilmir) və Rusiyanın taktika dəyişdirməsi ilə əlaqələndirir.