İsrailin müdafiə naziri Yoav Qalant İranı “ölümcül və gözlənilməz” zərbə ilə hədələyib.
Modern.az xəbər verir ki, bu barədə "Times of Israel" nəşri yazıb.
"İranın hücumu aqressiv, lakin qeyri-dəqiq idi. Bizim hücumumuz isə əksinə, ölümcül, son dərəcə dəqiq və ən əsası gözlənilməz olacaq. İranlılar nə baş verdiyini, necə baş verdiyini belə başa düşməyəcəklər", - o qeyd edib.