Parklanmadan daxil olan vəsaitin xərclənməsi istiqamətləri Prezident İlham Əliyevin 2023-cü il 29 iyul tarixli “Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında Fərmanı ilə müəyyən olunub.
Modern.az xəbər verir ki, bunu AYNA-nın parklanmanın təşkili departamentinin direktoru Tərlan Yəhyayev APA-ya müsahibəsində deyib.
O qeyd edib ki, parklanma yerlərinin idarə olunması və saxlanılması, parklanma ilə əlaqədar yol infrastrukturu xərclərinin ödənilməsi, parklanma ilə əlaqədar tətbiqlərin yaradılması, xüsusi texniki vasitələrin alınması və onların saxlanılması, yol hərəkətinin təşkilinin texniki vasitələrinin tətbiqi parklanmadan daxil olan vəsaitin xərclənmə istiqamətlərinə daxildir:
"Həmçinin qaydaya əsasən həmin vəsaitdən ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri ilə müntəzəm sərnişindaşıma və ona aid infrastrukturun inkişaf etdirilməsi istiqaməti üzrə də istifadə edilir".