Rusiya Prezidenti Vladimir Putin oktyabrın 11-də Türkmənistana işgüzar səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Putin Aşqabadda böyük türkmən şairi və mütəfəkkiri Məqtimqulu Fəraqinin anadan olmasının 300-cü ildönümünə həsr olunmuş “Dövrlərin və sivilizasiyaların qarşılıqlı əlaqəsi” adlı beynəlxalq forumda iştirak edəcək.
Rusiya Prezidenti iranlı həmkarı ilə də görüşəcək.