İran İslam Respublikasının ali rəhbəri Ayətullah Seyid Əli Xamenei İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı briqada generalı Əmir Əli Hacızadəni “Fəth” medalı ilə təltif edib.
Modern.az “Mehr” Agentliyinə istinadən xəbər verir ki, general Əmir Əli Hacızadə İranın İsrailə qarşı həyata keçirdiyi “Gerçək vəd” raket hücumu əməliyyatına görə mükafatlandırılıb. Məlumatda bildirilib ki, bu mükafat generala əməliyyat uğurla nəticələndiyinə görə verilib. SEPAh ordusunun çərşənbə axşamı həyata keçirdiyi raket hücumu İsrailin HƏMAS lideri İsmayıl Haniyə, “Hizbullah” lideri Həsən Nəsrullah və iranlı general Abbas Nilfuraşanın öldürülməsinə cavab olaraq gerçəkləşdirilib.
SEPAH-ın yaydığı məlumatlarda İranın atdığı raketlərin İsrail hərbi bazalarına ciddi zərər vurduğu qeyd olunub.