İran İsrailə hücumu davam etdirmək niyyətində deyil.
Modern.az-ın məlumatına görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib
O qeyd edib ki, İsrail İrana zərbə endirərsə, Tehran daha güclü cavab verəcək.
Nazir bildirib ki, oktyabrın 1-də İranın İsrailə hücumu Təl-Əvivin İranın Dəməşqdəki səfirliyinə və İranın maraqlarına qarşı hücumuna cavabdır. Onun sözlərinə görə, İran yalnız İsrail ordusunun hədəflərinə hücum edib.
Əraqçi vurğulatıb ki, Livanda atəşkəslə bağlı razılaşmanın mümkünlüyü barədə danışıqlar aparıb. O qeyd edib ki, Tehran İsrail və Livan arasında atəşkəsə dəstək verəcək.
“Biz bu istiqamətdə səyləri iki şərtlə dəstəkləyəcəyik. Birincisi, Livan xalqının hüquqlarına hörmət edilməlidir. İkincisi, atəşkəs Qəzzada atəşkəslə eyni vaxtda baş verəcək”, - deyə Əraqçi bildirib.
Xatırladaq ki, İran oktyabrın 1-də İsrailə hücum zamanı 180-dən çox raket atıb. İsrail ordusunun məlumatına görə, raketlərin əksəriyyəti havada vurulub. İran bildirib ki, raketlərin təxminən 90%-i hədəflərinə çatıb. İsrail İranın raket hücumuna cavab verəcəyini vəd edib. Mətbuat İsrailin İranın hərbi bazalarını, neft-qaz infrastrukturunu və ölkənin nüvə obyektlərini vuracağını yazır.