ABŞ və Böyük Britaniya qüvvələri Yəməndə husilərin ondan çox hədəfini vurub.
Modern.az xəbər verir ki, bu barədə “Associated Press” ABŞ rəsmisinə istinadla məlumat yayıb.
Zərbələr zamanı əsasən qruplaşmaya məxsus silah sistemləri, bazalar və digər avadanlıqların hədəfə alındığı bildirilir. Məlumata əsasən, zərbələr hərbi təyyarələr və döyüş gəmilərindən atılıb.
Xəsarətlərlə bağlı hələlik məlumat yoxdur.