İsrailin Təhlükəsizlik Kabineti İrana qarşı cavab tədbirləri görmək barədə qərar qəbul edib.
Metbuat.az xəbər verir ki, İsrail ABŞ ilə koordinasiyadan sonra İranın raket hücumlarına sərt cavab verilməsinə qərar verib. İsrailin “Kanal 12” televiziyasının məlumatında İsrailin İrandakı strateji bölgələri hədəf almağı planlaşdırdığı iddia edilib. Bəzi KİV-lər hücumun bu gecə həyata keçirilə biləcəyini irəli sürüb.