İranın İsrailə raket zərbələri ölkənin qanuni hüquqlarına əsaslanıb.
Modern.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.
O qeyd edib ki, bu addım İranın maraqlarını və vətəndaşlarını müdafiə etmək üçün atılıb:
"Netanyahu bilməlidir ki, İran müharibəni qızışdıran deyil, lakin istənilən təhlükəyə qarşı qətiyyətlə dayanır. Bu, gücümüzün yalnız kiçik bir hissəsidir. İranla münaqişəyə girməyin”.
Qeyd edək ki, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib