İranın İsrail ərazisinə həyata keçirdiyi kütləvi raket hücumu nəticəsində itkilər açıqlanıb.
Metbuat.az "Associated Press"ə istinadən xəbər verir ki, Təl-Əvivin təcili yardım xidməti hücum nəticəsində yalnız iki nəfərin yüngül xəsarət aldığını və bir neçə nəfərin sığınacaqlara qaçarkən yaralandığını bildirib.
ABŞ tərəfindən İranın hücumu nəticəsində İsraildə hər hansı ölüm hadisəsi və ya hərbi-strateji hədəflərin vurulması ilə bağlı məlumatlar təsdiqlənməyib.
Ağ Evdən verilən açıqlamaya görə, İran İsrail ərazisinə təxminən 200 ballistik raket atıb və ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri hücumun dəf edilməsində iştirak ediblər.